Bu əlamətlər Alzheimerin xəbərçisidir
![](https://img.redaktor.az/news/2025/02/photo_270445.webp)
Əgər insan adi əşyaların adlarını çaşdırmağa və ya unutmağa başlasa, Alzheimer xəstəliyindən şübhələnmək olar.
Redaktor.az xəbər verir ki, bu barədə Britaniya Alzheimer Assosiasiyasının məlumatı yayıb.
Alzheimer xəstəliyi və ya digər demans növləri olan insanlar söhbəti davam etdirməkdə çətinlik çəkirlər. Məsələn, cümlənin ortasında danışmağı dayandırıb onu necə bitirəcəklərini bilmirlər və ya eyni şeyi təkrarlaya bilərlər.
Həmçinin bildirilib ki, sözləri unutmaqla yanaşı, sözləri əvəzləməklə danışmaq da bu xəstələyin əlamətidir.
Türkan İSGƏNDƏRLİ