Bundan sonra toyuq qanadı yeyərkən iki dəfə düşünün

 03:00 20.02.2025     264

Toyuq sağlam qidalanma proqramlarında geniş şəkildə yer alan bir ətdir. Ekspertlərin fikrincə, bu ət növünün həddindən artıq istehlakı bədənə bir çox mənfi təsir göstərə bilər. Xüsusilə, toyuq ətinin bəzi hissələrinin xüsusən də toyuq dərisinin sağlamlıq üçün riskli ola biləcəyini bildirirlər.

Redaktor.az xəbər verir ki, toyuq dərisi yüksək miqdarda doymamış yağ və xolesterin ehtiva edir. Bu maddələr ürək-damar xəstəliklərinin yaranmasına səbəb ola bilər. Doymuş yağların miqdarının çoxalması qan damarlarında tıxanmalara yol açır, bu da ürək xəstəlikləri və hipertoniya (yüksək təzyiq) kimi problemlərə səbəb ola bilər. Həmçinin, xolesterolun yüksəlməsi arteriyaların daralmasına və nəticədə ürək çatışmazlığına yol aça bilər.

Toyuq ətinin çox istehlakı eyni zamanda artıq çəki və obeziteyə səbəb ola bilər. Qida planınızda balansın təmin edilməsi çox vacibdir. Toyuq ətinin az yağlı hissələri məsələn, toyuq sinəsi, sağlamlıq üçün daha faydalıdır və zərərli təsirləri azaldır. Lakin, xüsusilə toyuq dərisinin çox istehlakı, kalori qəbulunun artmasına və bədən yağının yığılmasına səbəb olur. Əgər dərisiz toyuq yeyirsinizsə, daha az doymamış yağ və xolesterin qəbul edərsiniz. Toyuq ətinin az yağlı hissələrini, xüsusən də toyuq sinəsini seçmək daha sağlam bir seçimdir. Toyuq ətini pəhrizinizə daxil edərkən digər protein mənbələrinə, məsələn, balıq, dəniz məhsulları və bitki mənşəli qidalara da yer verin.

Ekspertlər pəhrizdə müxtəliflik və balansın qorunmasının vacibliyini vurğulayır. Toyuq ətinin düzgün şəkildə istehlakı sağlam bədən və uzunmüddətli həyat üçün əhəmiyyətlidir. Toyuq ayaqları bəzi faydalı maddələr ehtiva etsə də, onların həddindən artıq istehlakı toxuma iltihabına səbəb olur. Toyuq qanadları və boynu peyvəndlərin tətbiq edildiyi bölgələr olduğundan bəzi mütəxəssislər onların istehlakını məsləhət görmürlər. Toyuq əti sağlam qidalanmanın bir hissəsi olsa da, bəzi hissələrinin istehlakı sağlamlıq üçün riskli ola bilər. Bu səbəbdən toyuq ətini istehlak edərkən onun etibarlı mənbələrdən alınmasına və gigiyenik qaydalara əməl edilməsinə diqqət yetirmək vacibdir.

//milli.az