Həkimlər nadir hallarda öd kisəsi burulması olan uşağı xilas etdilər

Ufadakı 17 saylı Şəhər Uşaq Xəstəxanasının həkimləri nadir hallarda rast gəlinən – öd kisəsinin burulması diaqnozu ilə bir il yarımlıq xəstədə əməliyyat keçiriblər.
Redaktor.az xəbər verir ki, bu barədə Başqırdıstan Respublikasının Səhiyyə Nazirliyinin rəhbəri Ayrat Raxmatullin özünün "VKontakte" səhifəsində məlumat verib.
Belə ki, hündürlükdən yıxılan uşaq xəstəxanaya aparılıb. Balaca xəstənin valideynlərinin sözlərinə görə, yıxıldıqdan sonra uşaq narahat və şıltaq olduğundan onu həkimlərə göstərmək qərarına gəliblər. Müayinə zamanı həkimlər aşkar ediblər ki, oğlanın öd kisəsi öz oxu ətrafında əyilib və bu da orqanın qan tədarükünün pozulmasına və toxumaların nekrozuna səbəb olub.
“Təcili əməliyyat - laparoskopik xolesistektomiya, yəni ponksiyonlar vasitəsilə öd kisəsinin çıxarılması barədə qərar verildi. Əməliyyat minimal ponksiyon vasitəsilə həyata keçirilib ki, bu da müdaxilənin travmasını minimuma endirməyə və reabilitasiya müddətini qısaltmağa imkan verib”, - deyə nazir bildirib.
Raxmatullin qeyd edib ki, tibbi ədəbiyyatda 60-dan az oxşar hadisə təsvir olunub.
Turan İSMAYIL