Pomidorun bilinməyən FAYDASI

 02:19 11.03.2025     115

Pomidor xərçəngin bəzi növlərinə qarşı qoruyucu təsir göstərə bilər. Onun tərkibindəki likopen adlı güclü antioksidant hüceyrələri oksidativ stressdən qoruyaraq xərçəng riskini azalda bilər.

Redaktor.az pomidorun xərçəngə qarşı təsirlərini sizə təqdim edir:

Prostat xərçəngi - Araşdırmalar göstərir ki, müntəzəm pomidor istehlakı prostat xərçəngi riskini azaltmağa kömək edə bilər.

Ağciyər xərçəngi - Pomidorda olan fitokimyəvi maddələr ağciyər hüceyrələrinin qorunmasına kömək edir.

Mədə və bağırsaq xərçəngi - Pomidorda olan antioksidantlar həzm sistemini gücləndirir və bəzi həzm yolları xərçənglərinə qarşı qoruyucu təsir göstərə bilər.

Dəri xərçəngi - Pomidor günəşin zərərli təsirlərindən qorumağa və dəridə xərçəng riskini azaltmağa kömək edə bilər.

Necə istehlak etmək daha faydalıdır?

Bişmiş pomidorda likopenin orqanizm tərəfindən mənimsənilməsi artır, buna görə də pomidor sousları və ya püre halında istehlak edilməsi faydalıdır. Zeytun yağı ilə birləşdirildikdə likopenin təsiri güclənir.

Təzə və ya bişmiş formada gündəlik rasiona daxil edilə bilər.