Bayram öncəsi əsl saxta paxlavanı aşkar etməyin YOLLARI

 11:57 29.03.2025     201

Bayram desertinizi seçərkən diqqətli olun. Saxta paxlavanı aşkar etməyin fəndlərini öyrənin və sağlamlığınızı və cibinizi qoruyun.

Bayram süfrələrinin vazkeçilməz hissəsi olan paxlava, təəssüf ki, heç də həmişə real inqrediyentlərlə hazırlanmır. Saxta və ya keyfiyyətsiz paxlava sağlamlığınızı riskə ataraq pulunuzu israf edə bilər.

Bəs, saxta paxlavanı aşkar etməyin yolları hansılardır?

Redaktor.az bayram öncəsi paxlava alarkən diqqət etməli olduğunuz qaydaları təqdim edir:

1. Əsl paxlavanın tərkibində yüngül və maye şərbət var. Paxlava şərbəti sıx, yapışqan və bala bənzəyirsə, qlükoza siropundan istifadə edilmiş ola bilər. Qlükoza paxlavası ağızda şirin yanma hissi yaradır.

2. Kərə yağı ilə hazırlanan paxlavanın qızılı sarısı və təbii parıltısı var. Ancaq həddindən artıq parlaq və tünd sarı paxlava saxta və ya boyalı yağlarla hazırlana bilər.

3. Paxlava incə yuvarlanmış filo xəmirindən ibarətdir. Əgər təbəqələr qalın və azdırsa, bu, xəmirin keyfiyyətsiz olduğunu göstərir. Əsl paxlava çəngəl salanda qat-qat açılır və dağılmır.

4. Keyfiyyətli paxlava dişləyəndə xırtıldayan səs çıxarır və ağızda əriyir. Əgər paxlava saqqız kimi uzanırsa və ya dişlərinizə yapışırsa, xəmirdə çox nişasta ola bilər.

5. Əsl paxlava hazırlanarkən keyfiyyətli kərə yağı və bol fıstıq və ya qozdan istifadə edilir. Əgər paxlava normal qiymətdən xeyli aşağıdırsa, inqrediyentlərin ora daxil edilmədiyini və keyfiyyətsiz məhsullardan istifadə olunduğunu bilə bilərsiniz.

Vasif