Məşhur şirkətlərin saqqızlarına DİQQƏT

Saqqız çeynəmək qarınyumşaldıcı təsir göstərə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə "KP.ru" "Telegram" kanalının yazısında bəhs edilir.
Bildirildiyinə görə, 42 yaşlı rusiyalı qadın demək olar, 6 ay ərzində mədə-bağırsaqla bağlı probleminin nədən qaynaqlandığını başa düşə bilməyib. Lakin həkimlər müəyyən ediblər ki, qadının bağırsaq problemi saqqız ilə, daha dəqiq desək, saqqızın tərkibindəki sorbitol ilə bağlıdır. Belə ki, bu maddənin 0,4 qramının bir dəfəyə qəbulu qarında şişkinlik, qarınağrısı və ishala səbəb ola bilər.
Yeri gəlmişkən, bu maddə həmçinin "Orbit", "Dirol", "Mentos" və "Eclipse" kimi məşhur saqqızların inqrediyentlərində də qeyd edilib və yumşaldıcı təsirə malik olduğu barədə də xəbərdarlıq edilib
Dozajlar ilə bağlı təfərrüat yazılmayıb, üstəlik, hər kəsin öz reaksiyası ola bilər. Lakin birdəfəyə bir neçə ədəd saqqızı ağzınıza atmamaq tövsiyə edilir. /oxu.az