Qan təzyiqinə nəzarət üçün effektiv üsul açıqlandı

Kanadadakı Vaterloo Universitetinin Biologiya və Tibb üzrə Riyazi Tədqiqatlar Departamentinin rəhbəri professor Anita Leito yüksək qan təzyiqinin idarə edilməsi üçün yeni bir yanaşma irəli sürüb.
Redaktor.az xəbər verir ki, Anita Leito Science Daily nəşrinə açıqlamasında bildirib ki, duzun azaldılması ilə yanaşı, kaliumla zəngin qidaların, xüsusilə banan və brokolinin müntəzəm istehlakı təzyiqin tənzimlənməsinə kömək edir.
Professor qeyd edib ki, yalnız duzu azaltmaq kifayət etmir pəhrizdə kaliumun artırılması daha yaxşı nəticələr verir. Alimin hesablamalarına görə, bu yanaşma qan təzyiqinin idarəsində daha effektivdir.
Tədqiqatda iştirak edən Melissa Stadt isə əlavə edib ki, meyvə və tərəvəzlərin faydalı təsiri insanın təkamül prosesi ilə əlaqədardır. Onun fikrincə, insan orqanizmi tarixi olaraq bitki mənşəli qidalarla qidalanmağa uyğunlaşıb, bu səbəbdən də belə pəhriz orqanizmin düzgün işləməsinə şərait yaradır.
Aytəkin TOFİQQIZI