Cərrahlar böyrəyində metal parçası olan insanı xilas ETDİ

Rusiyanın Moskva vilayətinin İstra xəstəxanasında böyrəyinə metal parçası ilişən gəncə həkimlər yardım edib.
Redaktor.az gazeta.ru-ya istinadla xəbər verir ki, bu barədə Moskva vilayətinin səhiyyə idarəsi məlumat yayıb.
35 yaşlı xəstə təxminən bir il əvvəl zədə alıb, 1 sm-lik metal parçası qaraciyərindən keçərək böyrəyinə keçib. Müayinə zamanı həkimlər parenximada qanı süzən orqanın hissəsində yad cisim aşkar ediblər. Bu səbəbdən cərrahi müdaxiləyə qərar verilib.
"KT müayinəsinə əsasən, sağ böyrəyin yuxarı hissəsində fraqment aşkar etdik. Qaraciyər böyrəyə möhkəm yapışmışdı və fraqmenti çıxarmaq ağır qanaxma və orqan itkisi ilə nəticələnə bilərdi. Laparoskopik üsulla böyrək rezeksiyası etdik və fraqmenti çıxardıq", - deyə xəstəxananın şöbə müdiri Vezirxan Selimur bildirib.
Əməliyyat iki saata yaxın davam edib və böyrəyi xilas etmək mümkün olub. Altı gündən sonra kişi ambulator müalicə üçün evə buraxılıb.
Turan İSMAYIL