Ölümdən başqa hər şeyin dərmanı: bir stəkan bəs edər

 16:07 30.04.2025     133

Min illərdir Yaxın Şərqdən Asiyaya qədər şəfa axtaranların sevimlisi olan bu təbii içki orqanizmi təmizləyir, həzmi tənzimləyir və immunitet sistemini gücləndirir. Üstəlik, yalnız bir fincan ilə öz təsirini göstərir!

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, təbii müalicə üsulları ilə maraqlananların tez-tez istifadə etdiyi bu ənənəvi içki biyan kökündən əldə edilən ekstrakt bir çox sağlamlıq problemlərinə qarşı qalxan rolunu oynayır. Xüsusilə Ramazan ayında təravətləndirici xüsusiyyətləri ilə seçilən bu içki mədə problemləri, boğaz ağrısı, öskürək və iltihaba qarşı dəstəkləyici təsiri ilə də məşhurdur.

Antioksidantla zəngin quruluşu sayəsində qaraciyəri təmizləməyə kömək edir və immunitet sistemini gücləndirir. Sakitləşdirici təsiri ilə stressi azaldan bu bitki mənşəli şəfa qaynağı yüksək təzyiqli xəstələrin ehtiyatla istifadə etməsi lazım olan bir quruluşa malikdir.

Qurudulmuş şəkildə kök və ya toz şəklində alına bilən bu məhsul adətən qaynadılıb içilir. Bədənin təbii tarazlığını təmin etmək üçün gündə bir stəkan qəbul etmək kifayətdir.

Təbiətin təqdim etdiyi bu möcüzəvi içkini həyatınıza qatmaqla həm bədəninizi, həm də ruhunuzu təmizləyə bilərsiniz.

Vasif ƏLİHÜSEYN