Səhərlər bu içkini içmək ürəyi QORUYUR

Səhərlər içilən qəhvənin sağlamlığa əhəmiyyətli faydaları olduğu ortaya çıxıb.
Redaktor.az xəbər verir ki, tanınmış kardioloq Dr. Aurelio Rojasın sözlərinə görə, səhər saatlarında qəbul edilən qəhvə həm ürək sağlamlığını qoruyur, həm də uzunömürlülüyə töhfə verir.
Səhərlər qəhvə içmək infarkt riskini azalda və vaxtından əvvəl ölüm ehtimalını xeyli dərəcədə aşağı sala bilər.
Lakin bu faydanın yalnız səhər saatlarında qəhvə içənlər üçün keçərli olduğu vurğulanıb. Günorta saatlarından sonra qəbul edilən kofein isə bədənin təbii bioloji ritmini poza və stress səviyyəsini artıraraq hormon balansına mənfi təsir edə bilər.
Qəhvə tərkibində B2, B5 vitaminləri, kalium və maqnezium kimi həyati mineralları daşıyır. Bu maddələr:
Qan təzyiqinin tənzimlənməsində, qan şəkərinin balanslaşdırılmasında, ürək və damar sağlamlığının qorunmasında mühüm rol oynayır. Maqnezium çatışmazlığının infarkt və insult riskini artırdığı elmi olaraq sübuta yetirilib.
Eyni zamanda, qara və ya yaşıl çay içənlərin də yaşlılıqda daha yaxşı sağlamlıq vəziyyətində olduqları məlum olub./milli.az