Qaşıq-qaşıq içirik amma böyrəkləri məhv EDİR

Gündəlik həyatda praktiki və sürətli yemək həlləri axtaran bir çox insan hazır şorbaları mətbəxlərinin xilaskarı olaraq qəbul edir. Lakin bu rahat və dadlı yeməklərin tərkibindəki gizli təhlükələr, sağlamlığımıza ciddi zərər verə bilər.
Redaktor.az xəbər verir ki, hazır şorbaların xüsusilə tərkibindəki yüksək duz miqdarı, konservantlar, və aşağı qida dəyəri uzun müddət ərzində bədənimizdə geri dönməz problemlər yarada bilər.
Hazır şorbaların ən böyük mənfi cəhətlərindən biri yüksək natrium (duz) miqdarıdır. Dadı artırmaq və ömrünü uzatmaq üçün əlavə olunan duz, bədənin normal funksiyalarını poza bilər. Həddindən artıq duz istehlakı, hipertoniya, ürək-damar xəstəlikləri və böyrək funksiyalarının pozulmasına səbəb ola bilər.
Hazır şorbaların uzun müddət saxlanması üçün onlara əlavə edilən konservantlar, rəngləndiricilər və dadlandırıcılar, bəzən allergik reaksiyalar və immunitet sistemi üzərində mənfi təsir göstərə bilər. Bu maddələr orqanizmə toplandıqda zəhərli təsirlərə yol aça bilər.
Hazır şorbalar qida dəyəri baxımından zəifdir. Vitamin və mineral baxımından kasad olan bu məhsullar, işlənmiş un və nişasta tərkibindən dolayı qısa müddətdə aclıq hissi yaradır, bu da qan şəkərinin dəyişməsinə və lazımsız kalori qəbuluna səbəb olur.
Sağlamlığınız üçün hazır şorbalardan uzaq durmaq, təbii və qida dəyəri yüksək məhsullara üstünlük vermək faydalıdır.