Alimlərdən müasir yeniyetmələrlə bağlı qorxunc PROQNOZ

 19:58 21.05.2025     134

54 ekspertdən ibarət beynəlxalq komissiya bütün dünyada müasir yeniyetmələrin psixi sağlamlığının pisləşməsindən tutmuş iqlim dəyişikliyinin təsirlərinə qədər üzləşdiyi əsas problemləri müəyyən edib.

Redaktor.az xəbər verir ki, hesabat “The Lancet” elmi jurnalında dərc olunub.

Hesabat həyəcan verici tendensiyaları üzə çıxarıb. Sənədə əsasən, 2030-cu ilə qədər dünyada hər ikinci yeniyetmə bu xəstəliyə yoluxma hallarının artdığı regionlarda yaşayacaq. 2050-ci ilə qədər gənclərin təxminən 70%-i sosial təcrid riski altında olan şəhərlərdə yaşayacaq.

Yeniyetmələrin demək olar ki, yarısı onların inkişafına təsir edən zorakılığa məruz qalır. Bundan əlavə, təhsilə çıxış və reproduktiv hüquqlar sahəsində boşluqlar qalmaqdadır.

Mütəxəssislər xüsusilə psixi pozğunluqların, piylənmənin və rəqəmsal təhlükələrin “mükəmməl fırtınasından” narahatdırlar. COVID-19 pandemiyası dəstəyə çıxışı məhdudlaşdıraraq bu problemləri daha da ağırlaşdırıb.

Mütəxəssislər zorakılıq və kiber zorakılığa qarşı müdafiənin artırılmasına, gənclərin ehtiyaclarını nəzərə alan şəhər mühitinin inkişafına, yeniyetmələrə yönəlmiş aqressiv marketinqin məhdudlaşdırılmasına və ekoloji proqramların hazırlanmasına gənclərin cəlb edilməsinə çağırır.

Komissiya bu yaş qrupunun ehtiyaclarına tez cavab verə bilən məxfi dəstək xidmətlərinin yaradılmasına çağırır.

Turan İSMAYIL