Fizioterapevt səhər məşqləri üçün əsas hərəkətləri açıqladı

Amerika Fitness Şurasının fiziki terapevti və dietoloqu Katrina Karter səhər məşqləri üçün əsas hərəkətləri açıqlayıb.
Redaktor.az xəbər verir ki, onun tövsiyələri “Men Today” nəşrində yer alıb.
Mütəxəssisin sözlərinə görə, səhər məşqlərinə omba qaldırıcıları ilə yerində yerimə, gövdənin yan tərəfə dönməsi, qolları qaldıran yan pillələr, dizləri qaldırmaq və yelləmək, ayağı bədənə çəkmək, həmçinin ulduz çömbəlmələri daxil edilməlidir. Bu hərəkətlər iki dövrə şəklində yerinə yetirilməlidir.
Karter bildirib ki, səhər idmanı insanın əhval-ruhiyyəsini və yuxu keyfiyyətini yaxşılaşdırır, həmçinin qan təzyiqini aşağı salmağa kömək edir. Bundan başqa, günün birinci yarısında idmanla məşğul olmaq daha effektiv arıqlamağa şərait yaradır.
Aytəkin TOFİQQIZI