Ağız qoxusu nə ilə bağlıdır?

Ağız qoxusu (halitoz) təkcə zəif ağız gigiyenası və ya diş problemləri ilə əlaqəli deyil.
Redaktor.az xəbər verir ki, bu barədə terapevt, tibb elmləri namizədi və “Doktor” telekanalının eksperti Aleksey Xuxrev açıqlamasında bildirib.
Onun sözlərinə görə, ağızdan gələn xoşagəlməz qoxunun daha dərin və az bilinən səbəbləri də mövcuddur. Mədə-bağırsaq sistemi ilə bağlı pozuntular, xüsusilə də qastroparez kimi xəstəliklər bu hallara səbəb ola bilər. Qastroparez zamanı mədə qidanı normal sürətlə boşalda bilmir və bu, onun uzun müddət orada qalaraq qıcqırmasına, çürüməsinə və nəticədə çürük yumurta qoxusunu xatırladan gəyirməyə yol aça bilər.
Xuxrev əlavə edib ki, yemək borusu ilə bağlı bəzi pozuntular da ağız qoxusunun mənbəyi ola bilər. Bu səbəbdən, ağız qoxusunun aradan qaldırılması üçün yalnız ağız gigiyenasına deyil, ümumi sağlamlığa da diqqət yetirmək vacibdir.
Aytəkin TOFİQQIZI