"Həkimlər əməliyyatları günün 2-ci yarısına salmağa məcburdurlar" - Adil Qeybulla

 18:47 30.05.2025     287

Deputat Qüdrət Həsənquliyev açıqlamasında bildirib ki, saat 18:00-dan sonra həkimlərin əməliyyata girməsi qadağan olunmalıdır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında tibb eksperti, professor Adil Qeybulla bildirdi ki, əməliyyatları adətən həkimlər günün 2-ci yarısına salmağa məcburdurlar.

"Çünki günün 1-ci yarısı xəstə qəbulu başlayır. Xüsusilə də bu, dövlət xəstəxanalarında belədir. Özəl xəstəxanada da xəstə qəbul olunandan öncə müayinə olunmalıdır. Bəzi xəstələrə ilkin yardım göstərilir, müəyyən müalicələr, ətraflı yoxlamalar aparılır. Bunlar isə vaxt aparır. İstənilən halda əməliyyat hər halda 12:00-dan sonraya təsadüf edir. Əsas məsələ bu deyil. Əsas məsələ odur ki, istənilən bir əməliyyat həkimin kifayət qədər yorğun olmayan vəziyyətində və cərrahi komandanın, anestezioloqların peşəkarlığı səviyyəsində keçə bilsin", - deyə professor bildirdi.

Aytəkin TOFİQQIZI