Dietoloq səhər yeməyi zamanı buraxılan böyük səhvi açıqladı

 09:55 02.06.2025     232

Dietoloq Franklin Cozef səhər yeməyi zamanı arıqlamağa mane olan vacib bir səhvdən danışıb.

Redaktor.az bu barədə "Politico"ya istinadla məlumat verir.

Onun fikrincə, bir çox insan səhəri qəhvə ilə açaraq böyük bir yanlışlığa yol verir. 

Cozef bildirir ki, səhər yeməyi ilə birlikdə və ya ondan əvvəl qəhvə içmək maddələr mübadiləsinə mənfi təsir göstərə bilər. O, ideal səhər rejimini belə təqdim edir. Oyandıqdan dərhal sonra bir stəkan su içmək, 30-60 dəqiqə sonra səhər yeməyi etmək və yalnız 60-90 dəqiqə sonra qəhvə içmək.

Dietoloq bu tövsiyəni bədənin gecə boyunca su itirməsi və bunun nəticəsində yaranan yüngül susuzluqla əlaqələndirir. Onun sözlərinə görə, bu susuzluq qəhvə ilə aradan qaldırılmadıqda maddələr mübadiləsi zəifləyir, insan şirniyyata meylli olur, yorğunluq və halsızlıq hiss edir.

Franklin Cozef əlavə edib ki, daha yaxşı nəticə əldə etmək üçün səhər içilən suya bir çimdik duz əlavə etmək olar. Bu üsul orqanizmdə elektrolit balansını bərpa etməyə kömək edir.

Aytəkin TOFİQQIZI