Üzün dəri xərçənginə ən həssas hissəsi qulaqlardır

 15:47 02.06.2025     184

Amerikalı dermatoloq Maykl Perkin sözlərinə görə, qulaqlar üz nahiyəsində dəri xərçənginə ən həssas hissə hesab olunur.

Redaktor.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Həkim bildirib ki, peşəkar təcrübəsində tez-tez qulaq nahiyəsindən böyük dəri hissələrini kəsmək məcburiyyətində qalır. Səbəb isə bu bölgənin ultrabənövşəyi (UV) şüalardan qorunmada tez-tez unudulmasıdır.

Perk əlavə edib ki, bir çox insanlar dəri xərçəngi riskini yetərincə dərk etmir: “Amma bir şeyi dəqiq bilməlisiniz melanoma vaxtında aşkar edilməsə, ölümcül ola bilər,” - deyə o xəbərdarlıq edib.

Dermatoloq qeyd edib ki, melanoma ilə yanaşı, bazal hüceyrəli karsinoma da vaxtında müalicə olunmazsa, ağır nəticələrə səbəb ola bilər.

“Əgər bu yay Van Qoqa bənzəmək istəmirsinizsə, qulaqlarınıza günəşdən qoruyucu krem çəkməyi unutmayın,” - deyə Perk tövsiyə edib.

Aytəkin TOFİQQIZI