"Jelibonun heç bir qida dəyəri yoxdur, faydasız qidadır" - Ekspert

 16:42 04.06.2025     182

Niderlandın ardınca Belçika və Lüksemburqda da "Haribo" marmeladlarında narkotik maddə aşkarlanıb. 

Qeyd edək ki, sözügedən firmanın məhsulları Azərbaycanda da satılmaqdadır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirdi ki, məhz bu səbəbdən "Haribo" şirkəti öz məhsullarını geri çağırıb.

"Belə olan halda sual yaranır, ümumiyyətlə, jelibon faydalıdırmı? Jelibonun tərkibi süni şəkər, mal əti jelatini, meyvə və bitki dadlandırıcıları, konservantlar, rəngləndiricilər, parlaqlaşdırıcılar, qlükoza siropu, turşuluq tənzimləyiciləri, sorbitol, talk və s. qatqılardan ibarətdir. Qlükoza siropu dadlandırıcı və qatılaşdırıcı kimi istifadə olunur. Şəkər dadlandırıcı kimi istifadə olunur. Mal əti jelatini mal əti sümüklərindən əldə edilən jele haribonun struktur xüsusiyyətlərini təyin edən əsas maddələrdəndir".

Müsahibimiz bildirdi ki, dadlandırıcı olaraq çiyələk, limon, şaftalı kimi müxtəlif ləzzətlər jelibona əlavə edilir.

"Turşuluq tənzimləyicisi turşluğu və dadı tənzimləmək üçün istifadə olunur. Parıltı parlaqlığı və görünüşü artırmaq üçün istifadə olunur. Məhsulun növündən asılı olaraq müxtəlif nəmləndiricilər, konservantlar, qaşınma əleyhinə maddələr və rəngləndiricilər da ola bilər. Jelibon "Junk food" qidalar kateqoriyasına daxildir, heç bir qida dəyəri yoxdur, faydasız qidadır", - deyə qida eksperti qeyd etdi.

Aytəkin TOFİQQIZI