Yeni nikotin çubuqları sağlamlıq üçün təhlükə yaradır

Hollandiya Milli İctimai Sağlamlıq və Ətraf Mühit İnstitutu yeni yayımladığı hesabatda xəbərdarlıq edir ki, ölkədə satışa çıxarılan yeni növ nikotin məhsulları normadan 25 dəfə çox nikotin tərkibinə malikdir.
Redaktor.az xəbər verir ki, bu barədə "NL Times" qəzeti məlumat yayıb.
2024-cü ildə bazara çıxarılan bu məhsullar siqaretə bənzər formada təqdim olunur, lakin tütün və maye ehtiva etmir. Onlar əsasən sellüloz və ya çay yarpaqlarından hazırlanır və xüsusi elektronik cihazda qızdırılaraq nikotin və müxtəlif dadverici maddələr buraxır.
Hazırda bu məhsullar Avropa İttifaqının tütün məhsulları qanunvericiliyinə daxil olmadığı üçün tənzimlənmir. RIVM nikotin çubuqlarının ciddi asılılıq yaratma və sağlamlığa zərər vermə riskinə diqqət çəkərək onların satışının məhdudlaşdırılmasını və ya qadağan edilməsini tövsiyə edir.
Xədicə BAXIŞLI