Qadınların sağlamlığını qoruyan vacib müayinələr hansılardır?

Avropa Tibb Mərkəzinin Ginekologiya və Onkoginekologiya Klinikasının rəhbəri, mama-ginekoloq Arevik Çarxifalakyan qadınların sağlamlığının qorunması üçün əhəmiyyətli olan bir neçə qeyri-aşkar tibbi müayinədən danışıb.
Redaktor.az xəbər verir ki, o. bu barədə Lenta.ru-ya verdiyi müsahibədə məlumat verib.
Çarxifalakyan ilk növbədə süd vəzilərinin maqnit-rezonans tomoqrafiyasının (MRT) əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, bu müayinə artıq cəmi yeddi dəqiqə çəkə bilər və xüsusilə ailəsində süd vəzisi və ya yumurtalıq xərçəngi olan qadınlar üçün tövsiyə olunur. Həkim qeyd edib ki, rentgen sıxlığı yüksək olan süd vəzi toxumasına malik qadınlarda mamoqrafiya ilə şiş aşkar edilməyə bilər, bu isə erkən mərhələdə müalicə imkanlarını məhdudlaşdırır. MRT isə ən kiçik şişləri belə müəyyən etməyə imkan verir və vaxtında müalicəyə başlamağa şərait yaradır.
İkinci mühüm tədqiqat kimi həkim təbii doğuşdan sonra, xüsusilə də doğuş zamanı yırtıqlar baş verdikdə, çanaq dibinin (pelvic mərtəbənin) əzələlərinin ultrasəs müayinəsini qeyd edib.
Bu müayinələr hələ geniş ictimaiyyət arasında o qədər də tanınmasa da, həkimin sözlərinə görə, qadınların uzunmüddətli sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır.
Aytəkin TOFİQQIZI