Ayaqqabılar sağlamlığınıza zərər verə bilər

Ayaqyalın gəzmək duruş və onurğa sağlamlığına müsbət təsir göstərir.
Redaktor.az xəbər verir ki, idman həkimi və reabilitasiya mütəxəssisi Valeri Vasilyevin sözlərinə görə, ayaqyalın gəzmək insanın duruşunu və onurğa sağlamlığını yaxşılaşdırmağa kömək edir.
Mütəxəssis bildirir ki, yeriyərkən ayaqda bir sıra aktiv nöqtələr stimullaşır və bu nöqtələrin bədənimizin müxtəlif orqan və sistemləri ilə birbaşa əlaqəsi var. Xüsusilə çınqıl daşları və ot üzərində gəzmək bu nöqtələrin masajı ilə bərabər, orqanizmi aktivləşdirir və sağlamlığa müsbət təsir göstərir.
Vasilyev qeyd edib ki, narahat ayaqqabılar yeriş pozuntusuna və bel nahiyəsində gərginliyin artmasına səbəb ola bilər. Buna qarşı olaraq, ayaqqabısız gəzmək duruşun düzəlməsinə və onurğa ətrafı əzələlərin daha sağlam fəaliyyətinə şərait yaradır.
Mütəxəssis yay aylarında mümkün qədər tez-tez ayaqyalın gəzməyi tövsiyə edir və bunun həm profilaktik, həm də ümumi sağlamlıq baxımından faydalı olduğunu vurğulayır.