İstilikdə mineral su tərlə itirilən duzları bərpa edir

Rusiyalı qastroenteroloq Sergey Vyalov isti havalarda mineral su içməyi tövsiyə edib.
Redaktor.az xəbər verir ki, o, Teleqram kanalında mineral suyun insan sağlamlığı üçün bir sıra faydalarını qeyd edib.
Həkimin sözlərinə görə, mineral su orqanizmdə tərlə itirilən duzların səviyyəsini bərpa edir, həzmi yaxşılaşdırır, sümüklərin və dişlərin vəziyyətinə müsbət təsir göstərir. Eyni zamanda, mineral su yorğunluğun azalmasına və əzələ spazmlarının qarşısının alınmasına da kömək edir.
Vyalov qazlı içkilərin susuzluğu artırdığını və bu səbəbdən insanın daha çox maye qəbul etdiyini bildirib. Bununla belə, o, bəzi hallarda mineral suyun mənfi təsirlərinə də diqqət çəkib. Belə ki, reflüks və şişkinlik zamanı qazlı su mədə-bağırsaq traktını qıcıqlandıra bilər, artıq minerallar isə böyrəklərdə problemlərə yol aça bilər.
Mütəxəssis hipertoniya xəstələrinə az miqdarda natrium tərkibli mineral su, uşaqlar və hamilə qadınlara isə qazsız variantlar seçməyi məsləhət görüb.
Aytəkin TOFİQQIZI