Həftədə neçə dəfə idmanla məşğul olmalıyıq?

 09:26 18.06.2025     116

Təlimçi Olga Derendeeva-Kurtova əzələləri gücləndirmək üçün müxtəlif fiziki məşqlərin yerinə yetirilməsini tövsiyə edib. 

Redaktor.az
xəbər verir ki, təlimçinin fikirlərini  “İzvestiya” nəşri yayıb.

Mütəxəssisin sözlərinə görə, dərin sabitləşdirici əzələlərin inkişafı üçün klassik “qayıq” hərəkəti və onun müxtəlif modifikasiyaları uyğun sayılır. O, həmçinin arxa əzələləri effektiv gücləndirən üfüqi və şaquli müstəvilərdə bir və ya iki əllə yerinə yetirilən dartma hərəkətlərini məsləhət görüb.

Derendeeva-Kurtova qeyd edib ki, bütün əzələ qruplarının ahəngdar inkişafını təmin etmək məqsədilə məşq proqramına hiperextension və müxtəlif növ taxtaların daxil edilməsi məqsədəuyğundur.

O bildirib ki, məşqlərin seçimi fərdi xarakter daşıyır və insanın fiziki göstəricilərindən, eləcə də təlimin məqsəd və vəzifələrindən asılıdır. Məşqçi həftədə üç dəfə idmanla məşğul olmağı optimal hesab edir. Eyni zamanda, bel ağrısı olduqda həkimlə və ya mütəxəssis ilə məsləhətləşmənin vacibliyinə də diqqət çəkib.

Aytəkin TOFİQQIZI