Arıqlamaq üçün qənd qəbulunu dayandırmaq lazımdır?

Belə bir fikir var ki, arıqlamaq üçün mütləq şəkəri rasiondan çıxarmaq lazımdır.
Redaktor.az xəbər verir ki, bu məşhur mifi endokrinoloq Maksim Kuznetsovun YouTube kanalına müsahibə verən dietoloq Alena Molchanova təkzib edib.
Molchanovanın sözlərinə görə, pəhriz zamanı şəkəri tamamilə istisna etmək vacib deyil. O bildirib ki, birincisi, şəkəri tamamilə aradan qaldırmaq mümkün deyil. Çünki təbii şəkərlər bir çox məhsullarda, xüsusilə meyvə və tərəvəzlərdə mövcuddur.
Dietoloq həmçinin qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi sağlam istehlak norması var. Bu norma gündə 25-30 qram əlavə şəkər istifadəsinə icazə verir.
Aytəkin TOFİQQIZI