Demensiyadan gözlənilməz qorunma üsulu kəşf edildi

 19:50 19.06.2025     61

Orhus Universitetinin (Danimarka) alimləri demensiyanın inkişafını ləngidə biləcək gözlənilməz bir üsul kəşf ediblər.

Redaktor.az
xəbər verir ki, bu haqda məlumatlar "Science Advances" jurnalında dərc olunub.

Onlar mədə xorasına səbəb olan Helicobacter pylori bakteriyasının istehsal etdiyi zülalın beyin fəaliyyətinə təsirini araşdırıblar. 

Tədqiqatçılar müəyyən ediblər ki, bu bakteriyadan əldə edilən CagA zülalının fraqmenti Alzheimer xəstəliyi ilə əlaqəli zərərli zülal çökmələrinin beta-amiloid və tau zülallarının ilkin mərhələdə birləşməsinin qarşısını alır. Bu proses sinir hüceyrələrinin zədələnməsinə səbəb olan təhlükəli molekulyar birləşmələrin yaranmasının qarşısını ala bilər.

Qeyd edək ki, mövcud dərman vasitələri əsasən artıq formalaşmış bu cür çöküntülərə qarşı yönəlib və yalnız xəstəliyin erkən mərhələlərində effektlidir. Yeni yanaşma isə çöküntülərin ümumiyyətlə yaranmamasına fokuslanır.

Alimlər bu kəşfin gələcəkdə demensiyanın qarşısını almaq üçün effektiv profilaktik üsul ola biləcəyini bildirirlər.

Aytəkin TOFİQQIZI