Uşaqlar üçün zəka artıran enerji bombası

Uşaqlarınızı məktəbə göndərməzdən əvvəl onlara türk qəhvəsi içirməyi unutmayın!
Redaktor.az bu barədə "Gazeteoku"ya istinadən məlumat yayır.
Sağlam qidalanma və həyat tərzi tövsiyələri ilə tez-tez gündəmə gələn Prof. Dr. Canan Karatay, bu dəfə uşaqların səhər yeməyi vərdişlərinə dair diqqətəlayiq bir açıqlama verdi. Karatay, uşaqların məktəbə getməzdən əvvəl bir fincan şəkərsiz Türk qəhvəsi içməsinin onların zehni fəaliyyətini ciddi şəkildə artıracağını bildirdi.
"Türk qəhvəsi güclü bir antioksidandır, şəkərin beyində yaratdığı ziyanı təmir edir və uşaqları cingıl etməyə kömək edir" – deyən Karatay, bu vərdişin xüsusilə diqqət və öyrənmə qabiliyyətinə müsbət təsir etdiyini vurğuladı.
Karataydan digər bir tövsiyə: "Fındıq və fıstığı yeməklərdən əsirgəməyin!"
Zehni inkişafı dəstəkləməyin yalnız içki ilə məhdudlaşmadığını qeyd edən Karatay, uşaqların qidalanmasında təbii mənbələrdən gələn vitaminlərin əhəmiyyətinə diqqət çəkdi. "Fındıq və fıstıq; təbii karbonhidratlar, sağlam yağlar, zülallar və vitaminlərlə çox zəngindir. Qan tərkibini artırır, immuniteti gücləndirir və bədəni isindirir. Bunlar uşaqlar üçün ideal qidalardır," – dedi.
Karatay’a görə, işlənmiş qidalardan uzaq durmaq və uşaqlara təbii qidalarla dəstək vermək, uzun müddətli sağlamlıq və uğur üçün kritik əhəmiyyət kəsb edir.
Xədicə BAXIŞLI