Çiyələk hansı insanlar üçün təhlükəlidir?

Çiyələk ağcaqayın poleninə allergiyası olan insanlar üçün təhlükəlidir.
Redaktor.az news.ru-a istinadla xəbər verir ki, bu barədə rusiyalı həkim Elena Pavlova xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, çiyələk və ağcaqayın tozcuqları arasında çarpaz allergik reaksiya mümkündür. “Ağacanın poleninə qarşı allergiyası olanlar çiyələklərə reaksiya hiss edə bilərlər. Oxşar zülallar təkcə çiyələkdə deyil, alma, armud, şaftalı, ərik, albalı, gavalı, kivi və avokadoda da var”, - deyə o qeyd edib.
Pavlova allergiya baş verərsə, ya çiyələkləri pəhrizdən tamamilə çıxarmağı, ya da yeməkdən əvvəl antihistaminik qəbul etməyi tövsiyə edib.
Aytəkin TOFİQQIZI