Ucuz suşi parazit təhlükəsi yaradır

Ucuz suşinin pərəstişkarları parazitlərə yoluxmaq riski ilə üzləşirlər, çünki belə yeməklərin hazırlanmasında bir qayda olaraq keyfiyyətsiz xammaldan istifadə edilir.
Redaktor.az news.ru-a istinadla xəbər verir ki, bu barədə kulinariya tənqidçisi Dmitri Alekseev məlumat verib.
Alekseev mənfi 60 dərəcədə şok donma zamanı helmintlərin öldüyünü bildirib. Onun sözlərinə görə, yapon yeməklərinin hazırlanmasında təkcə keyfiyyətli balıqlardan istifadə edilmir. "Məhsulun hazırlanmasında ixtisaslaşmamış ucuz xammaldan istifadə edilir", - deyə o, bildirib.
Aytəkin TOFİQQIZI