Bu tip idman ayaqqabılardan uzaq durmalıyıq

 09:34 23.06.2025     120

Düz və nazik altlıqlı idman ayaqqabılarından uzaq durmaq lazımdır.

Redaktor.az xəbər verir ki, bu barədə Lenta.ru-ya müsahibəsində ortoped və tibb elmləri namizədi Sergey Dedov məlumat verib.

O, bu cür ayaqqabıların ayağa əlavə yük verdiyini və sağlamlıq baxımından zərərli olduğunu bildirib.

Dedov qeyd edib ki, ideal seçim dabanı bir qədər hündür və qalın anatomik altlığı olan ayaqqabılardır. Onun sözlərinə görə, düz və nazik altlıqla təchiz olunmuş idman ayaqqabıları ayaq üçün əlverişli deyil və uzunmüddətli istifadə zamanı problemlərə səbəb ola bilər.

“Bir ortoped kimi, düzünü desəm, idman ayaqqabılarına normal münasibət bəsləyirəm. Amma indi bazarda fərqli modellər var. Məsələn, düz və kifayət qədər nazik altlıqlı trenerlər yük baxımından yaxşı deyil”, - deyə o, bildirib.

Mütəxəssis ideal ayaqqabı dabanının təxminən 1,5 santimetr olmasının vacibliyini vurğulayıb və anatomik altlıqlı modellərə üstünlük verilməsini tövsiyə edib.

Aytəkin TOFİQQIZI