Ət məhsullarına edilən əlavələr xərçəngə səbəb ola bilər

 10:03 23.06.2025     105

Ət sənayesində istifadə olunan bəzi qida əlavələrinin sağlamlıq üçün təhlükəli ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə “Hüquq və Sağlamlıq” Fondunun Ərzaq məhsulları şöbəsinin müdiri Olqa Anişşenkova məlumat verib.

O, bildirib ki, bu əlavələr müntəzəm qəbul edildikdə baş ağrısı, allergiya və hətta xərçəng kimi ciddi xəstəliklərə səbəb ola bilər.

Anişşenkovanın sözlərinə görə, ən çox istifadə edilən əlavələrdən biri konservant olan natrium nitritdir. Bu maddə ət məhsullarını zərərli bakteriyalardan, o cümlədən botulizm törədicilərindən qorumaq və onlara çəhrayı rəng vermək üçün istifadə olunur.

“Belə faydalı xüsusiyyətlərinə baxmayaraq, natrium nitriti tam təhlükəsiz saymaq olmaz. Yüksək dozada istifadəsi oksigen çatışmazlığına səbəb ola bilər. Daha təhlükəli isə odur ki, bu maddə ilə işlənmiş ət bişirildikdə kanserogen nitrozaminlər əmələ gələ bilər”, - deyə ekspert bildirib.

Aytəkin TOFİQQIZI