Fiziki yorğunluq sağlamlıq problemidir

Fiziki yorğunluğun artması ciddi sağlamlıq problemlərindən xəbər verə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə SberZdorovye tibb şirkətinin ümumi praktikantı və kardioloqu Roksana Portnova xəbərdarlıq edib.
Həkim yorğunluğun artmasının səbəblərindən biri kimi əzələ kütləsinin və gücünün itirilməsi vəziyyəti olan sarkopeniyanı göstərib.
Onun sözlərinə görə, bu vəziyyət yaşlı insanlarda əzələ toxumasında yaşa bağlı təbii dəyişikliklər nəticəsində inkişaf edir. Lakin gənc yaşda bu təhlükəli hal xərçəng, 2-ci tip şəkərli diabet, xroniki ürək çatışmazlığı kimi müxtəlif patologiyaların nəticəsi ola bilər, deyə ümumi praktikant qeyd edib.
Aytəkin TOFİQQIZI