Həddindən artıq yağlı ət ürək xəstəliklərinə səbəb olur

 10:22 24.06.2025     74

Yağlı ətin müntəzəm istehlakı ürək xəstəliklərinə səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə ümumi praktikant Anastasiya Lozikova lenta.ru-ya müsahibəsində danışıb.

Həkimin sözlərinə görə, həddindən artıq yağlı donuz və ya mal əti ürək-damar xəstəliklərinin, o cümlədən koroner ürək xəstəliyinin inkişafına gətirib çıxara bilər.

“Ətin zərəri məhsulun özündə deyil, onun miqdarında, yağlı komponentlərində, o cümlədən sousda və ya çörəkdə, hazırlanma üsulundadır”, - deyə Lozikova bildirib.

Terapevt həmçinin yağsız mal və ya dana ətinə üstünlük verilməsini, buxarda bişirmə, qaynatma və ya sobada bişirmə kimi üsullardan istifadə edilməsini, ətə tərəvəzlərin əlavə olunmasını tövsiyə edib.

Aytəkin TOFİQQIZI