Axşam idmanı səhər idmanı qədər faydalı deyil

 17:20 24.06.2025     100

Axşam məşqləri səhər məşqlərindən daha az faydalıdır.

Redaktor.az xəbər verir ki, endokrinoloq Zuxra Pavlova jurnalistlərə müsahibəsində bu haqda danışıb.

Onun sözlərinə görə, səhər yuxudan durandan bir-iki saat sonra və ya gün ərzində məşq etmək daha yaxşıdır. Bundan əlavə, mütəxəssis adekvat yuxunun vacibliyinə diqqət çəkib.

Pavlova vurğulayıb ki, fiziki məşqlər yaxşı formada qalmaq üçün kifayət deyil yuxu, qidalanma və müxtəlif idman fəaliyyətləri bu prosesə böyük təsir göstərir.

Həkim arıqlamaq üçün vacib olan melatoninin istehsal olunmağa başladığı vaxt olduğu üçün saat 00:00-dan əvvəl yatmağa çağırıb. O, həmçinin evdə hazırlanan yeməklərə üstünlük verilməsinin vacibliyini qeyd edib. Fiziki fəaliyyətin müxtəlifliyindən danışan mütəxəssis təkcə qaçmağı və ya yeriməyi deyil, həm də həftədə ən azı iki dəfə güc məşqləri etməyi məsləhət görüb. Bu, maddələr mübadiləsini sürətləndirəcək və yaralanma riskini azaldacaq.

Aytəkin TOFİQQIZI