Lobya qan təzyiqini aşağı salır

 19:41 24.06.2025     53

Lobya qan təzyiqini aşağı salmaqda çox təsirli vasitədir. 

Redaktor.az xəbər verir ki, məşhur dietoloq Tim Spector bu barədə “Daily Mirror” nəşrinə danışıb.

Mütəxəssisin sözlərinə görə, lobya tərkibindəki kalium və lif sayəsində yüksək təzyiqin qarşısını almaqda mühüm rol oynayır. Kalium bədəndən duzu çıxarmağa kömək edir, lif isə təzyiqi tənzimləyir.

“Əgər gündəlik lif qəbulunu cəmi beş qram artırsaq, bu, təzyiqin azaldılmasında duzun azaldılmasından iki dəfə artıq təsir göstərə bilər”, - deyə o, bildirib.

Dietoloq lobyanın təkcə hipertoniyadan əziyyət çəkənlər üçün deyil, hər kəs üçün faydalı olduğunu bildirib. Onun fikrincə, xəstəliyin yaranmasının qarşısını almaq daha asandır, çünki bir çox insan təzyiqinin yüksək olduğunu ancaq ciddi fəsadlar başlayanda öyrənir.

Xədicə BAXIŞLI