Dietoloq yemək zamanı qəhvə içməyin təhlükəsi barədə xəbərdarlıq etdi

Yemək zamanı qəhvə içmək orqanizim üçün təhlükəli ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə dietoloq Paula Martin jurnalistlərə açıqlamasında məlumat verib.
Martin vurğulayıb ki, qəhvə yeməklə birlikdə içildikdə dəmirin orqanizm tərəfindən mənimsənilməsini əngəlləyir. Bu təsir xüsusilə bitki mənşəli qidalardan alınan dəmirə aiddir.
“Yemək zamanı qəhvə içməkdən çəkinin, çünki bu, dəmirin udulmasına mane olur”, - deyə dietoloq xəbərdarlıq edib.
O, əlavə edib ki, dəmir qaraciyər, qırmızı ət, balıq, paxlalılar, tofu, ispanaq, qoz-fındıq, toxumlar və bütün taxıllarda mövcuddur. Əgər heyvan mənşəli məhsullarla birlikdə qəhvə içmək müəyyən hallarda mümkündürsə, bitki mənşəli dəmirin mənimsənilməsi üçün C vitamini ilə zəngin qidalarla birlikdə istehlakı tövsiyə olunur.
Martin nəticə olaraq qəhvə həvəskarlarına bu vərdişə diqqətlə yanaşmağı və onu əsas yeməklərlə eyni vaxtda qəbul etməməyə çağırıb.
Aytəkin TOFİQQIZI