Həddindən artıq süd içmək xərçəng riski yaradır

 23:02 25.06.2025     58

Yaşlı insanlar süddən mümkün qədər az istifadə etməli və ya onu tamamilə rasiondan çıxarmalıdırlar.

Redaktor.az xəbər verir ki, dietoloq Nuriya Dianova bu haqda məlumat verib.

Həkimin sözlərinə görə, aparılan tədqiqatlar göstərir ki, həddindən artıq süd istehlakı 61 yaşdan yuxarı şəxslərdə qaraciyər xərçəngi riskini artırır. Onun fikrincə, həftə ərzində üç yarım stəkandan artıq süd istifadəsi təhlükəli hesab olunur.

“Məsləhət görürəm ki, dənli bitkilər, qatıqlar və digər yeməklərdə südün miqdarını tədricən azaldasınız”, - deyə Dianova qeyd edib.

Mütəxəssis həmçinin qeyd edib ki, inək südünü qismən bitki mənşəli alternativlərlə soya, yulaf, badam və ya düyü südü ilə əvəz etmək mümkündür. Onun fikrincə, bu məhsullar həm dadlı, həm də faydalı maddələrlə zəngindir. Bitki əsaslı süd analoqları adi yeməklər və desertlərin hazırlanmasında da rahatlıqla istifadə oluna bilər.

Aytəkin TOFİQQIZI