Okroşka ürək-damar sistemini gücləndirir

Mütəxəssislər okroşkanın sağlamlığa təsirini kvas və kefir əsasında hazırlanmış növləri ilə müqayisə ediblər.
Redaktor.az xəbər verir ki, onlar bu barədə jurnalistlərə müsahibələrində bildiriblər.
Mütəxəssislər qeyd ediblər ki, kvaslı okroşka üçün daha az şəkər tərkibli ev kvasından istifadə olunması tövsiyə edilir. Çünki yüksək şəkər tərkibi bu fermentləşdirilmiş içkinin faydalarını azaldır və onun təbii dadını pozur. Onların sözlərinə görə, kvaslı okroşka ürək-damar sistemini gücləndirir, maddələr mübadiləsini sürətləndirir, qan təzyiqini tənzimləyir və eyni zamanda amin turşuları, vitaminlər, minerallar və faydalı fermentlərlə zəngindir.
Bununla belə həkimlər kefirlə hazırlanan okroşkanı daha faydalı hesab ediblər. Onlar izah ediblər ki, kefirin tərkibində süd turşusu bakteriyaları, probiotiklər, müxtəlif vitaminlər, mikroelementlər və fermentlər var. Bu tərkib sayəsində kefir qidanın daha asan həzm olunmasına və bağırsaq mikroflorasının yaxşılaşmasına kömək edir.
Aytəkin TOFİQQIZI