Hər gün yeməklərə davamlı olaraq bibər əlavə etmək də sağlamlıq üçün təhlükəlidir

 11:12 30.06.2025     101

Təcili yardım üzrə həkim Allan Kapin həddindən artıq isti sousların istifadəsinin ciddi sağlamlıq fəsadlarına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, onun  fikirlərini lenta.ru-da yayımlayıb.

Kapin qeyd edib ki, belə hallarda həyat üçün risk nisbətən aşağıdır, lakin tamamilə istisna edilmir. O, acı bibərin tərkibindəki kapsaisin adlı maddəyə diqqət çəkib. Bu birləşmə məhsula acılıq verir, lakin eyni zamanda ürəyə güclü stress yarada, işemiyaya və nəticə etibarilə infarkta səbəb ola bilər.

Həkim əlavə edib ki, yalnız həddindən artıq ədviyyatlı yeməklər deyil, həm də hər gün yeməklərə davamlı olaraq bibər əlavə etmək də sağlamlıq üçün təhlükəlidir. 

Aytəkin TOFİQQIZI