Səhər sendviçlərini bu məhsullarla əvəz etmək daha məqsədəuyğundur

 11:20 30.06.2025     90

Dietoloq Angela Quintas bir çox insanın səhər yeməyində çörək və kərə yağı yeməyi seçdiyini bildirib.

Redaktor.az xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.

“Kərə yağının tərkibində miristik turşu var və bu faydalı ola bilər, çünki bədənimizdə bu maddənin səviyyəsi aşağı ola bilər. Amma buna baxmayaraq, kərə yağı sağlam yağ mənbəyi hesab edilmir”, - deyə Quintas izah edib.

Onun sözlərinə görə, sağlam yağlar əsasən zeytun yağında, qozda və avokadoda mövcuddur. Həkim tövsiyə edir ki, səhər sendviçlərini bu məhsullarla əvəz etmək daha məqsədəuyğundur. Dietoloq qeyd edib ki, səhər yeməyi yaddaşı, konsentrasiyanı və əhval-ruhiyyəni dəstəkləyən qidalarla zəngin olmalıdır. Sağlam yağlar isə beyin fəaliyyətini qorumaqda mühüm rol oynayır.

Aytəkin TOFİQQIZI