İçkinin bu formada qəbulu sağlamlıq üçün təhlükəlidir

 09:39 01.07.2025     112

Psixiatriya və narkoloji klinikanın rəhbəri Ruslan İsayev spirtli içkilərin bəzi qidalarla birlikdə qəbulunun təkcə uğursuz deyil, həm də sağlamlıq üçün təhlükəli ola biləcəyini bildirib.

Redaktor.az xəbər verir ki, o bu barədə  Lenta.ru-ya müsahibəsi zamanı danışıb.

İsaevin sözlərinə görə, ilk növbədə spirtli içkilərlə yüksək karbohidratlı desertlər tortlar, xəmirlər və şirin içkilər kimi şirniyyatları birlikdə istifadə etməkdən çəkinmək lazımdır.

“Etanolun sürətli karbohidratlarla birləşməsi insulin reaksiyasını artırır və qanda şəkərin səviyyəsində kəskin sıçrayışlara səbəb olur. Bu isə metabolik sindromun gizli formaları və simptomsuz keçə bilən insulin müqaviməti fonunda xüsusilə təhlükəlidir”, - deyə həkim xəbərdarlıq edib.

Bundan əlavə, şəkər spirtin qana daha sürətli sorulmasına səbəb olaraq intoksikasiya vəziyyətini sürətləndirir və onu daha gözlənilməz edir.

Həkim eyni zamanda duzlu və yağlı yeməklərlə spirtin istifadəsinin də mədə-bağırsaq sisteminə mənfi təsir göstərə biləcəyini əlavə edib.

Aytəkin TOFİQQIZI