Şəkərin müntəzəm istehlakı xərçəng yaradır

 10:07 01.07.2025     114

Kardioloq Aurelio Rojas insanların gündəlik həyatında tez-tez istifadə etdiyi və sağlamlıq üçün ciddi təhlükə yaradan məhsullar barədə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, bu barədə o jurnalistlərə müsahibəsində məlumat verib.

“Çoxsaylı elmi araşdırmalara əsasən, şəkər və təmizlənmiş (rafine) unun müntəzəm istehlakı xərçəng xəstəliklərinin artması ilə birbaşa əlaqələndirilir”, - deyə Rojas bildirib.

Həkimin sözlərinə görə, bu məhsullar təkcə onkoloji riskləri artırmır, eyni zamanda ürək-damar sistemi xəstəlikləri, piylənmə və şəkərli diabetin inkişafına da şərait yaradır.

Əsasən yüksək dərəcədə emal olunmuş qidalarda rast gəlinən şəkər və rafine un qanda qlükozanın səviyyəsini kəskin şəkildə yüksəldir. Bu zaman mədəaltı vəzi insulin ifraz edərək cavab verir.

Rojas qeyd edir ki, bu proses uzun müddət davam edərsə, metabolik sistemdə ciddi pozulmalar baş verir və orqanizm zəifləyir.

Aytəkin TOFİQQIZI