Omeqa iltihab riskini artıra bilər

 10:07 02.07.2025     95

Yüksək səviyyədə Omeqa-3 yağ turşuları ürək xəstəliklərinin qarşısını almaqdansa, əksinə, onların yaranma riskini artıra bilər.

Redaktor.az xəbər verir ki, bu barədə  professor Tomas Holland  “Medical News Today” nəşrinə verdiyi müsahibədə açıqlanıb.

Tədqiqat “90-cı illərin uşaqları” adlı uzunmüddətli araşdırma çərçivəsində aparılıb. 1991-ci ildən bəri uşaq gözləyən 14 min ailənin iştirakı ilə başlayan araşdırma bu günə qədər davam edir. İllər ərzində toplanmış məlumatlar göstərib ki, Omeqa-3 ilə zəngin qidaların yağlı balıq, kətan toxumu və qoz kimi məhsulların həddindən artıq istehlakı bədəndə iltihab proseslərini gücləndirə bilər.

Professor Holland bu nəticəni gözlənilməz adlandıraraq bildirib ki, illərlə Omeqa-3-ün iltihabla mübarizədə faydalı olduğu, Omeqa-6-nın isə iltihabı gücləndirdiyi düşünülürdü. Lakin yeni tədqiqat bu anlayışın tam belə olmadığını ortaya qoyur.

“İltihabla effektiv mübarizə aparmağın ən doğru yolu Omeqa-3 və Omeqa-6 yağ turşuları arasında düzgün tarazlığı təmin etməkdir,” - deyə ekspert vurğulayıb.

Aytəkin TOFİQQIZI