Qoz-fındıq yaşlılar üçün faydalıdır

 15:38 02.07.2025     109

Qəbizlik yaşlı insanların ümumi problemidir.

Redaktor.az xəbər verir ki, mövzu ilə bağlı qastroenteroloq Tatyana Qolovçanskaya jurnalistlərə açıqlamasında danışıb.

Həkim yaşlılara tərəvəz, meyvə və tərkibində çoxlu miqdarda lif olan bütün taxıl məhsulları yeməyi məsləhət görüb. Bu məhsullar iltihabın və kolon xərçənginin qarşısını almaq üçün faydalıdır.

Qolovçanskaya həmçinin yaşlı insanlara kalsiumla zəngin qidaları qida rasionuna əlavə etməyi tövsiyə edib. Brokoli, quru noxud, lobya, kələm, tünd yaşıl yarpaqlı tərəvəzlər yeyilməlidir.

Əlavə olaraq həkim bildirib ki, yaşlılar üçün balqabaq tumları, qoz-fındıq faydalıdır.

Aytəkin TOFİQQIZI