Bir fincan qəhvə ürək-damar xəstəlikləri riskini azaldır

 15:48 02.07.2025     109

Tədqiqatçı Den Buettner qəhvəni uzun ömür üçün ən yaxşı içki hesab edir.

Redaktor.az xəbər verir ki, onun fikirləri "Daily Mail" nəşrində dərc olunub.

Onun sözlərinə görə, qəhvənin faydalı olması üçün onu səhər içmək lazımdır.

“Günortadan əvvəl bir və ya iki fincan qəhvə içsəniz, bu, həqiqətən ürək-damar xəstəlikləri riskini azaldacaq”, - deyə o bildirib.

Buettner yüngül qovrulmuş qəhvə seçməyi məsləhət görüb. Həmçinin o, qəhvəni şəkər, süd və digər əlavələr olmadan içməyi tövsiyə edib. Onun fikrincə, məhz bu formada içki ən böyük fayda verir, zərər isə vermir.

Aytəkin TOFİQQIZI