Yüksək rütubət depressiyaya səbəb ola bilər

 20:58 02.07.2025     73

Əczaçı Mariya Zolotareva yüksək rütubətin sağlamlıq üçün yaratdığı təhlükələr barədə məlumat verib.

Redaktor.az xəbər verir ki, o bu haqda jurnaliatlərə verdiyi açıqlamada danışıb.

Onun sözlərinə görə, xüsusilə uzun sürən yağışlar, havanın rütubətlə həddən artıq doyduğu və temperaturun +15 ilə +25 dərəcə arasında olduğu günlər kif, maya göbələkləri və çürüyən bakteriyaların sürətlə inkişaf etməsi üçün ideal şərait yaradır.

Əczaçı əlavə edib ki, günəş işığının olmaması insanın psixo-emosional vəziyyətinə də mənfi təsir göstərə bilər. Belə şəraitdə D vitamini və serotonin səviyyəsinin azalması nəticəsində letarji, əsəbilik və depressiya halları müşahidə oluna bilər.

“Xüsusilə havadan asılı olan insanlar bu dəyişikliklərə daha həssasdır. Onlarda atmosfer təzyiqinin dəyişməsi ilə əlaqədar baş ağrıları və qan təzyiqinin artması müşahidə edilə bilər”, - deyə Zolotareva vurğulayıb.

Aytəkin TOFİQQIZI