Ucuz materiallardan hazırlanmış yay ayaqqabıları təhlükəli ola bilər

 10:12 03.07.2025     102

Ucuz və keyfiyyətsiz materiallardan hazırlanmış yay ayaqqabıları, xüsusilə də şistlər, günəş altında təhlükəli ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə kimyaçı  Andrey Doroxovun danışıb.

Onun sözlərinə görə, polivinilxlorid (PVC) kimi ucuz materiallardan hazırlanan şistlər günəş şüaları altında zəhərli birləşmələr yayır və bu, sağlamlıq üçün ciddi risk yarada bilər.

Mütəxəssis bildirib ki, bu təhlükə xüsusilə uşaqlar, hamilə qadınlar və xroniki xəstəliklərdən əziyyət çəkən insanlar üçün daha aktualdır.

Onun sözlərinə görə, belə materiallardan hazırlanmış ayaqqabılarla günəşli havalarda uzun müddət gəzmək, toksik maddələrin dəri vasitəsilə orqanizmə keçməsinə səbəb ola bilər.

Aytəkin TOFİQQIZI