Bu şəxslər gecə pendir və süd məhsulları yeməməlidir

 10:28 03.07.2025     124

ABŞ-nin Milli Sağlamlıq İnstitutunun mütəxəssisləri süd məhsullarının yatmazdan əvvəl qəbulunun kabuslara səbəb ola biləcəyini bildiriblər.

Redaktor.az xəbər verir ki, mütəxəssislər bu barədə jurnalistlərə müsahibə zamanı danışıblar.

Qeyd ediblər ki, xüsusilə laktoza qarşı dözümsüzlüyü olan şəxslər gecə saatlarında pendir və digər süd məhsullarını yedikdən sonra tez-tez kabuslardan şikayətlənirlər.

Somnoloq Mari-Pierre Saint-Onge vurğulayıb ki, mədə-bağırsaq traktında mövcud olan digər problemlər də yuxu pozuntularına səbəb ola bilər.

Nevroloq Patrik Maknamara isə bildirib ki, süd məhsulları qəbul edən və laktoza dözümsüzlüyü olan insanlarda “mikro oyanışlar” baş verir, bu da yuxunun keyfiyyətini pozur və kabuslara səbəb olur.

Aytəkin TOFİQQIZI