Su qəhvənin təsirini azaldır

 09:00 04.07.2025     124

Terapevt Kristina Zaplanova bildirir ki, bir fincan kofeni təmiz su ilə içmək onun orqanizmə təsirini daha faydalı edə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə o, müsahibəsində danışıb. 

Zaplanova xəbərdarlıq edib ki, kofein sağlamlığa mənfi təsir göstərə bilər, xüsusən də yüksək qan təzyiqindən əziyyət çəkən insanlarda.

Onun sözlərinə görə, su qəhvənin təsirini yumşaldır və təzyiqin artmasının qarşısını almağa kömək edir.

“Suya görə bədəndə qəhvənin konsentrasiyası azalır, buna görə də təzyiq normal həddə qalaraq kəskin artmayacaq”, - deyə terapevt izah edib.

Həkim əlavə edib ki, qəhvənin digər mümkün yan təsirlərindən biri də mədənin turşuluğunun artması və nəticədə ürək yanmasıdır, xüsusilə içki acqarına içildikdə. Mədə-bağırsaq sistemində narahatlıq riskini azaltmaq üçün Zaplanova qəhvə içərkən daha çox su qəbul etməyi tövsiyə edir.

Aytəkin TOFİQQIZI