Bu maddələrin orqanizimə yığılması ciddi problemlər yarada bilər

 09:09 04.07.2025     110

Coca-Cola kimi şirin qazlı içkilərdən sui-istifadə böyrək daşlarının əmələ gəlməsi riskini artırır.

Redaktor.az
xəbər verir ki, bu barədə həkim Vladislav Sepp “Gazeta.Ru”ya danışıb.

Sepp izah edib ki, kola və digər qazlı içkilərin tərkibində şəkər, oksalatlar və fosfor turşusu olduğuna görə daş əmələ gəlməsi ehtimalı yüksəlir.

“Gündə 500 mililitr şirin soda urat daşı riskini 25 faiz artırır”, - deyə o bildirib.

Həkimin sözlərinə görə, artıq şəkər orqanizmdə susuzlaşma yaradır, oksalatlar isə daşların formalaşmasında əsas rol oynayır. Eyni zamanda, fosfor turşusu qanda kalsium səviyyəsini artıraraq böyrəklərdə kalsium fosfatların toplanmasına səbəb olur.

Bu maddələrin orqanizmdə yığılması adaptasiya mexanizmlərinə əlavə yük salır və nəticədə ciddi sağlamlıq problemləri yarana bilər.

Aytəkin TOFİQQIZI