Zeytun yağının iltihab əleyhinə təsiri xərçəngin qarşısını alır

 13:00 04.07.2025     115

Qidalanma mütəxəssisi Boticaria Garcia zeytun yağının təsir mexanizmi ilə məşhur ağrıkəsici ibuprofeni xatırlatdığını bildirib.

Redaktor.az xəbər verir ki, o bu barədə İspaniyanın "El Espanol" nəşrinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, zeytun yağı qeyri-steroid antiinflamatuar dərmanlar (NSAİD) kimi, orqanizmdə ağrı, qızdırma və iltihaba səbəb olan bir fermentin siklooksigenazın fəaliyyətini zəiflədir.

O, qeyd edib ki, ibuprofenin bəzi yan təsirləri olduğu halda, zeytun yağının istifadəsi daha təhlükəsizdir.

Mütəxəssis hesab edir ki, zeytun yağının iltihab əleyhinə təsiri sayəsində onu xərçəng və neyrodegenerativ xəstəliklərin qarşısının alınmasında da istifadə etmək mümkündür.

Aytəkin TOFİQQIZI